img-20170313-wa0001

Bütün növ Elektrik İşləri: Müxtəlif tipli Elektrik Avadanlıqlarının Quraşdırılması, Kabelləşdirilməsi və s.

Bizim Şirkətimiz bütün növ ATEX avadanlıqlarının inspeksiyasını, gulluğunu və təmir işlərini görür. Şirkətimiz müxtəlif növ elektrik qurğularını, o cümlədən, paylayıcı lövhələri, panelləri, transformator köşklərini, yarımstansiyaları və kabelləri beynalxalq və yerli standartlara uyğun şəkildə istehsal edir və quraşdırır. Biz, həmçinin transformator, stabilizator, “UPS” (Fasiləsiz Enerji Təchizatı), generator və başqa avadanlıqların da quraşdırılmasını həyata keçirik. Müxtəlif növ elektrik işlərinin görülməsi də xidmətlərimizə daxildir: kiçik, orta və yüksək gərginlikli (kabel işləri, torpaqlama, və s. ). Platforma, gəmi, kater və digər qurğularda göstərdiyimiz yüksək səviyyəli xidmətlər əldə etdiyimiz xüsusi təcrübələrdir.

20160722_141816

Metal Məmulatların İstehsalı. Qaynaq İşləri. Modul Tipli Binaların Hazırlanması

Bu bölmə anbarlar üçün mürəkkəb rəflərin, kolonların, çənlərin, tullantılar üçün konteynerlərin və bu kimi ümumi metal strukturların, konstruksiyaların, avadanlıqların istehsalı və xidməti ilə məşğuldur. Həmçinin Şirkət sendviç panellərdən binaların montajını da həyata keçirir. Şirkətimiz həmçinin müxtəlif avadanlıqların, rəflərin, dayaqların, buxar barmaqlıqların (reşetkaların) quraşdırılmasında da böyük təcrübəyə malikdir.

img-20160919-wa0011

İşçi Qüvvəsinin Təmin Olunması

Vertex Şirkəti  quru və dənizdə neft-qaz, tikinti, mühəndislik və sənayenin digər sahələrini bütün növ təcrübəli və lazımi təlimlər keçmiş mütəxəssislər (Elektrik, Mexanik, Qaynaqçı, Montajçı, Havalandırma, İsitmə və Soyutma Sistemləri üzrə mütəxəssislər və s.) ilə təmin edir.

sdc13608

Havalandırma, Soyutma və İsitmə Sistemlərinin Quraşdırılması və Texniki Xidmətin Göstərilməsi

Kondisioner, Havalandırma və Dondurma (HVAC) sistemlərinin bütün növləri (məişət və sənaye) üzrə dənizdə və quruda quraşdırma işləri və digər texniki xidmətlər(ayliq/rüblük/illik)  bu sahədə lazımi sertifikatlara malik peşəkar işçilərimiz tərəfindən görülür.

sdc13529

Tikinti, Təmir və Bərpa İşləri

Vertex Şirkəti müştərilərinə inşaat və mülki sahədə geniş çeşiddə tikinti işləri üzrə xidmətlər (Quraşdırma və Təmir) göstərir. Bizim şirkətimiz tikinti prosesində yalnız ənənəvi tikinti materiallarından deyil (kərpic, beton və s.), həmçinin sendviç panellərdən və digər mürəkkəb növ tikinti materiallarından istifadə edir. Biz planlı və məsul bünövrələrdə özəl, ofis və sənaye obyektlərində, anbarlarda, dayaq divarlarda, dəniz işlərində, dalğaqıran, bünövrə və körpü salınmasında (yerli SNİP və GOST, dünya BSİ, APİ və dig. standardlara uyğun ), tikinti, təmir və bərpa işlərini həyata keçiririk.

cimg0001

Satış və Ümumi Tədarük

Vertex Şirkəti Neft-Qaz və İnşaat sektorunda istifadə olunan müxtəlif növ tikinti materialları və avadanlıqlarını təmin edir. Biz müştərilərimizə məsləhətləşmə xidməti göstərərək onlara münasib qiymətdə və keyfiyyətdə olan məhsulun seçimində köməklik  edirik.

6

CCTV, GNS (Girişə Nəzarət Sistemləri), Avtomatik Paylaşdırıcı Mərkəzləri və Fibra Optik Kabellərin Quraşdırılması

Biz CCTV, Girişə Nəzarət Sistemləri, Avtomatik Paylaşdırıcı Mərkəzləri və Fibro Optik Kabellərin Quraşdırılmasına uyğun xidmətlər göstəririk.

sdc10344

Mühəndislik, Məsləhətləşmə və Layihələndirmə Xidmətləri

Tikinti sahəsindəki səriştəmizi ən yüksək səviyyəyə catdırmaq üçün sifarişçi işinin ideyasından tutmuş sonuna qədər təchiz edən layihəlişdirmə-dizayn şəraitimiz mövcuddur. Ciddi cəhdlə seçilmiş, memar istedadı əlavə edilmiş hər bir fərdi layihəyə uyğun gələn professional metodların təminatı ilə yanaşı, tikinti metodların və materialların qənaətlə istifadəsinə tam diqqət veririk. Bizim şirkət beynalxalq sertifikatsiya testlərini və sertifikasiya xidmətlərini təklif edir.