Hаqqımızda 

Vertex ltd. – Inşaat və təmir şirkəti olaraq, tikinti, elektrik, şəbəkə və HVAC sistemlərinin quraşdırılması, təmiri, testlərin aparılması və sertifikatlaşma, paylayıcı qutuların, port kabinlərin, alüminium/plastik və şüşə arakəsmələrin istehsalı, satış və ümumi tədarük, dizayn və memarlıq da daxil olmaqla, bütün mülki mühəndislik işlərini həyata keçirir.

Tariximiz

Vertex Ltd. Şirkəti 2003 – cü ildə Azəri Global Servis MMC adı altında təsis olunmuş və yük daşıma, inşaat və texniki xidmətləri göstərmişdir. Vertex Ltd ilə Fransanın ES-KO şirkəti arasında 2004-cü ildə Birgə Müəssisə yaradılmasına dair saziş bağlanmışdır.  Tikinti və təmir işlərinin həcminin artması və digər şirkətlərin əsas şirkətə birləşməsi ilə əlaqədar olaraq 2007-ci ildə Vertex Ltd Şirkəti yaradılmışdır. Vertex Şirkətinin əsas layihələrinə elektrik və HVAC  işlərinin həyata keçirilməsi, korporotiv fəaliyyət, sexlərin/ofislərin tikintisi, müxtəlif metal konstruksiyalarının inşa olunması daxildir. Vertex Şirkətinin son illərdə inkişafının əsas mənbəyini sifarişçilərlə bağlanan təkrar müqavilələr və daimi müştərilərin şirkət haqqında zəmanətləri təşkil edir.

  • Bazarda 21 illik iş təcrübəsi
  • Yüksək keyfiyyətli işçi qüvvəsi
  • Bazarın əsas təchizatçılarından materiallar
  • Təhlükəsizlik standardlarının davamlı inkişafı

NİYƏ VERTEX?

  • 21 İLLİK TƏCRÜBƏ
  • 30 BEYNƏLXALQ SƏVİYYƏLİ MÜŞTƏRİ
  • 300+ UĞURLA TAMAMLANMIŞ LAYİHƏ
  • 300+ beynəlxalq dərəcəli işçi
  • Quru/ Dəniz işlərində dərin təcrübə
  • PRAKTİK HƏLL YOLLARI

BEYNƏLXALQ STANDARTLAR
YERLİ QİYMƏTLƏR

Mükafat və Nailiyyətlər

  • 1
    2012: Neft və qaz qurğuları üçün Tikinti, Quraşdırma və Əməliyyat Xidmətlərinin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Tərəfindən Lisenziyanın verilməsi
  • 2
    2015: Vertex BP Şirkətinin Sahibkarlığın İnkişafı və Təlim Proqramını (SİTP) uğurla başa vurmuşdur
  • 3
    Mart, 2015: BP Şirkəti tərəfindən Səngəçal Terminalında Azəri-Çıraq-Günəşli Yatağına görə nəzərdə tutulmuş Xam Neft Çənləri üçün inkişaf etmiş dizaynda çəmbər plomblarının təchiz olunması və onların quraşdırılmasına nəzarət olunması məqsədilə 3 illik müqaviləyə layiq görülmüşdür
  • 4
    Dekabr, 2015: Vertex Şirkəti Fransanın "Bureau Veritas" Şirkəti tərəfindən (SİTP) ISO 9001:2008 ilə təltif olunmuşdur
  • 5
    İyun, 2016: BP Şirkəti tərəfindən "(SİTP) Məzunu üçün İnkişaf Səylərinin Tanınması Məqsədilə Sahibkarlığın İnkişafı Mükafatı" ilə təmin olunması