𝐙ə𝐧𝐜𝐢𝐫, 𝐔𝐥𝐝𝐮𝐳𝐥𝐚𝐫 𝐯ə 𝐆ə𝐫𝐠𝐢𝐧𝐥𝐢𝐤 𝐌𝐞𝐱𝐚𝐧𝐢𝐳𝐦𝐢𝐧𝐢𝐧 31𝐁-𝐑𝐄1 𝐮̈𝐳𝐫ə 𝐃ə𝐲𝐢𝐬̧𝐝𝐢𝐫𝐢𝐥𝐦ə𝐬𝐢 𝐔𝐠̆𝐮𝐫𝐥𝐚 𝐓𝐚𝐦𝐚𝐦𝐥𝐚𝐧𝐝ı
Holcimdə 31B-RE1 aqreqatı üzrə mexaniki komponentlərin — zəncir, çalovlar və ulduzların — dəyişdirilməsi işləri komandamız tərəfindən təhlükəsizlik və keyfiyyət standartlarına tam uyğun şəkildə uğurla icra edilmişdir.
İş həcminə daxil idi:
✔️ Mövcud mexanizmin demontajı
✔️ Köhnəlmiş zəncir və çalovların sökülməsi
✔️ Ulduzların dəyişdirilməsi və mərkəzlənmənin yoxlanılması
✔️ Yeni komponentlərin quraşdırılması və gərginliyin tənzimlənməsi
✔️ Sınaq işə salınması və funksional testlər
Bu tip avadanlıqlarda düzgün montaj və dəqiq sazlama uzunmüddətli istismara və etibarlı işləməyə birbaşa təsir göstərir. İşlər planlı şəkildə və əməyin mühafizəsi tələblərinə ciddi riayət olunmaqla həyata keçirilmişdir.
Vertex sənaye obyektlərində mexaniki quraşdırma, təmir və modernizasiya işləri üzrə peşəkar xidmətləri ilə tərəfdaşlarına dəyər qatmağa davam edir.
Vertex Industrial Company
Sübut olunmuş. Etibarlı. 22 il