Distribyutorluq

Qlobal enerji idarəetmə şirkəti kimi Eaton öz sənayesində aparıcı elektrik, aerokosmik, hidravlika və avtomobil məhsulları və xidmətləri vasitəsilə müştərilərinə ən böyük enerji problemlərini həll etməyə kömək edir. 100 ildən artıqdır ki, Eaton-un komandaları insanlara daha təhlükəsiz işləməyə, enerjiyə qənaət etməyə və daha davamlı yaşamağa kömək edir.

Johnson Controls, Inc Amerikan şirkəti olarag Hvac Məhsulların, bina və Konstruksiya təhlükəsizlik sistemlərin İshehsalatçısıdır, Avtomobil oturacaqları və daxili interyerin detalları, minik maşınları, qurğu akkumulyatorların istehsalı üzrə dünya lideridir.

TYCO

Tyco International Ltd – çoxistiqamətli beynəlxalq konserndir. Bu grupun 5 əsas bölmələri var: ADT Worldwide, yanğının müdafiyə servisi, təhlükəsizlik, elektrik və metal məhsulları.

Hitachi – 1910-cu ildən fəaliyyət göstərən Yapon şirkətidir. Şirkət sosial innovasiya biznesi, infrastruktur sistemləri, informasiya və telekommunikasiya sistemləri, tikinti texnikası, yüksək funksional materiallar, komponentlər, avtomobil sistemləri və digər istiqamətlərdə fəaliyyət göstərir.

“YORK a Johnson Controls” kompaniyasının məhsulları kondisioner və soyuducu texnika sahəsində qabaqcıl dünya standartlarına cavab verir. 1991-ci ildə şirkətin zavodları 9001 ISO standartları üzrə sertifikatlaşmadan keçib, 1994-ci ildə isə 14000 ISO sertifikatı alıb. Avadanlığın əksəriyyəti Eurovent-lə sertifikatlaşdırılıb.

CTS Neft Çənləri Parkı üçün nəzərdə tutulmuş məhsullar üzrə dünyada liderdir. Şirkət, kimyəvi məhsulların, o cümlədən, karbohidrogenlərin səmərəli və təhlükəsiz şəkildə daşınması, saxlanılması üçün istifadə olunan məhsulların dizaynı, istehsalı, təchizatı və quraşdırılması üzrə ixtisaslaşmışdır.

IMESA orta və alçaq gərginlikli elektrik panelləri, qapalı və açıq sahələrdəki orta gərginlikli qurğular  üçün nəzərdə tutulmuş izolyasiyalı elektrik açarları, nəzarət və idarəetmə sistemləri, konteyner tipli yarımstansiyalar, tam şəkildə istehsal olunub təhvil verilən elektrik sahələri üzrə Avropada lider şirkətlər arasındadır.

 

Halton Group — qapalı sahələrin iqlimi üçün nəzərdə tutulmuş məhsullar, xidmətlər və həllər, o cümlədən daxili mühitin idarə olunması üzrə ixtisaslaşıb. Şirkət ictimai binalar, ictimai yerlər, gəmiqayırma, neft və qaz, enerji və hərbi-dəniz bazarlarında fəaliyyət göstərir.

Isotubi Dəniz, Saf Su və İsitmə Sistemləri kimi müxtəlif sahələrdə istifadəyə yönümlü paslanmayan polad tərkibli boru və quraşdırıcıları təchiz edən qlobal şirkətdir.

ELMESS-Thermosystemtechnik qabaqcıl sənayə müəssisələrində tətbiq etmək üçün nəzərdə tutulmuş elektrik qızdırıcıları, qızdırıcı sistemlər, nəzarət avadanlıqları və idarəetmə sistemlərinin dünyaca məşhur olan əsas istehsalçılarından biridir.

Hammond Power Solutions Şimali Amerikada quru tipli transformatorların ən böyük istehsalçısıdır. Şirkət elektrik qurğuları və sistemlərinin dünyaya ixracı bazarında özünün geniş çeşidli fərdi transformatorlarını layihələndirməsi və istehsalı ilə məşhurdur.

Sabroe – Danimarkanın 1897-ci ildən fəaliyyət göstərən şirkətidir. O, soyuducu sənayesində öz təhlükəsiz kompressorlarla və kompressor aqreqatlarla məşhurdur . Uzun illər ərzində öz etibarlılığı istehsalı ilə tanınır.

KLÖPPER-THERM sənayenin müxtəlif sahələrində və təhlükəli ərazilərdə istifadə məqsədli və partlayışa davamlı dizaynda Elektrikli İsitmə Sistemlərinin İstehsalı üzrə ixtisaslaşan Alman şirkətidir.

Atlas Marine Systems dəniz elektrik enerji sistemlərinin və liman dayağı enerji çevrilməsi qurğularının dizaynında dünya lideridir. Biz yaxtanın gəmidaxili elektrik paylama sistemini müəyyən etmək üçün, ya da sadəcə Atlas enerji çevirmə məhsullarının tətbiqi üçün lazım olan tam mühəndislik xidmətləri paketini təqdim edirik.