Seymur Mahmudov

Bu məktubu yazaraq nəzərinizə çatdırmaq istəyirəm ki, Vertex Şirkəti öz müştərilərini yüksək keyfiyyətli xidmətlə təmin etdiyi üçün onunla əməkdaşlıq qurmağı əminliklə tövsiyə edirəm. Vertex göstərdiyi xidmətlə BSY- Bakı Gəmiqayırma zavodunu hər zaman məmnun edib. SCV Xankəndi H103 Layihəsinin icrası zamanı o, lazım olan xidmətləri uğurla həyata keçirmişdir.

Şirkətimiz öz layihələrinin icrası zamanı Vertex-in xidmətlərindən istifadə etməkdən məmnunluq duyur. Vertex-ə həvalə edilən tapşırıqlara gərgin əmək və hərtərəfli diqqət tələb edən işlər, o cümlədən, elektrik kabellərinin quraşdırılması, boruquraşdırma, istilik, havalandırma və kondisionerləşdirmə sisteminin quraşdırılması və texniki dəstəklə təmin olunması və s. daxildir. Vertex-in əməkdaşları üzərilərinə düşən bütün öhdəlikləri heç bir problem olmadan asanlıqla həll edə bilirlər.

Bakı Gəmiqayırma Zavodu fəaliyyət göstərdiyi uzun illər ərzində bir çox podratçı ilə əməkdaşlıq edib.  Bu podratçıların arasında Vertex ən peşəkar və ən etibarlı tərəfdaş kimi ön sırada yer alır.

Yuxarıda qeyd olunan üstünlüklərinə görə mən Vertex Şirkətinin peşəkar işçi heyətinə dərin təşəkkürümü bildirmək istəyirəm və bu Şirkətin və onun personalının xidmətlərini əminliklə tövsiyə edirəm.