Bu məktubla, 2015-ci ildə Vertex Şirkətinin Wartsila Şirkətini işçi qüvvəsi ilə təmin etdiyi təsdiq olunur. Şirkətin elektrotexniki işlər və digər ümumi xidmətlər ilə əlaqədar sahələrdə mükəmməl səviyyədə dəstəyin təmin edilməsində yüksək dərəcədə peşəkar olduğu sübut edilmişdir.
Problemlərin effektiv şəkildə və heç bir çətinlik çəkmədən vaxtında həll edilməsi lazım olduğu hallarda şirkətdə fəaliyyət göstərən yüksəkixtisaslı mütəxəssislər, onların bacarıq və fəaliyyətlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd etmək lazımdır. Vertex-lə əməkdaşlıq edən bütün şirkətlər onların təcrübəsindən yararlanır.
Bütün rəyləri anlayışla qarşılayan bir icraçıya malik olmaqdan böyük məmnunluq duyuruq. Vertex-in müsbət mövqeyi kollektiv mühiti yaratmışdır. Əlavə olaraq, şirkətin peşəkar kadrları qrafikdə gecikmələri minimuma endirmək üçün vaxtın qüsursuz şəkildə idarə edilməsini təmin etmişdir.
Wartsila Şirkəti öz sahəsində etibarlı təchizatçı və mütəxəssis olaraq əminliklə Vertex-i tövsiyə edir.
Bu sertifikat Vertex-in tələbi ilə müvafiq məqsədlər üçün verilmişdir.