Rolf Herr

Biz təsdiqləyirik ki, Bakı şəhərində yerləşən “Vertex Ltd.” Şirkəti layihənin digər bütün iştirakçılarının 24 saat fəaliyyət göstərməsinə imkan yaratmaq üçün bizim elektrotexniki şöbəmizə iş sahəsində hərtərəfli quraşdırma və digər müvəqqəti elektrotexnika işlərinin icrası ilə bağlı dəstək göstərmişdir.

VERTEX Ltd. 2011-ci ilin dekabr ayından 2012-ci ilin may ayına qədər layihəni işçi qüvvəsi ilə təmin etmişdir. İşçilər yalnız ALPİNE-in rəhbərliyi altında fəaliyyət göstərirdilər. Təyin olunan işçi heyəti müvafiq səriştə və biliyə malik idilər.Onlar gündəlik tapşırıqları diqqətlə və məsuliyyətlə yerinə yetirirdilər.

Biz bu kimi layihələrin icrası zamanı VERTEX Ltd.-ə müraciət etməyi əminliklə tövsiyə edirik və xüsusilə qeyd etmək istəyirik ki, VERTEX Ltd.-nin mövcudluğu layihəmizə böyük dəstək olmuşdur.

Biz bu uğurlu əməkdaşlığa görə VERTEX Ltd.-yə və onun əməkdaşlarına təşəkkürümüzü bildirir və şirkətin gələcəkdə böyük müvəffəqiyyət qazanacağına ümid bəsləyirik.