Oriflame Azərbaycan bugünədək iki ildən çox davam edən müxtəlif tikinti işləri ilə bağlı tərəfdaşlığa görə Vertex Holdinqə öz təşəkkürünü bildirir. Biz aşağıda qeyd edilən layihələrin icrasına əsasən Vertex Holdinqi sizə tövsiyə etməkdən böyük məmnunluq duyuruq.
Vertex, Oriflame üçün aşağıdakı işləri uğurla yerinə yetirmişdir:
- Bakı şəhəri, Neftçilər ünvanında 900m2 sahədə, yeni Xidmət Mərkəzinin planının hazırlanması, layihə işləri və təmiri. Vertex Holdinq tikinti işləri (adi/plastik/şüşə arakəsmələr/boyama), yerli elektrotexnika işləri və işıqlandırma, kabel sistemi, giriş sistemi, havalandırma, yerli su təchizatı işləri, təmir işlərini həyata keçirmiş və şirkətimizi bir sıra xüsusi avadanlıqlar ilə təmin etmişdir.
- Binəqədidə 1300 m2 sahədə yerləşən anbarda müxtəlif tikinti işləri (Arakəsmə, Boyama işləri, Dam izolyasiyası), Elektrotexnika işləri, Giriş Sistemi, Kabel Sistemi, Karkasların quraşdırılması və təmir işləri.
- Böhran hallarının idarə edilməsi, analizi, qiymətləndirilməsi, tərtibat işləri, Oriflame Azərbaycanın Baş Ofisində elektrik enerjisi ilə bağlı mürəkkəb məsələlərə dair təkliflər və islahedici tədbirlər.
Bildiyimiz kimi, Azərbaycanda tikinti işləri bir qədər mürəkkəb məsələdir və bu sahədə hər zaman sizə köməklik göstərəcək xüsusi tərəfdaşa ehtiyac duyulur. Vertex Holdinq olduqca dəyərli bir tərəfdaşdır. Şirkət ehtiyac duyulduqda əlavə səylər göstərmək üçün bütün məsuliyyəti öz üzərinə götürən ideal bir şirkətdir. Vertex Holdinq çox yaxşı bir dinləyicidir və müştərinin tələblərinə uyğun olaraq olduqca cəld bir şəkildə tədbirlər görür. Bundan əlavə, Vertex Holdinq zərurət yarandıqca istifadə olunan geniş bilik və bacarıqlara malikdir. Şirkətdaxili koordinasiya hər zaman qüsursuz şəkildə icra edilir və bu da layihələrin tələblərə uyğun, vaxtında və büdcəyə uyğun şəkildə yerinə yetirilməsinə şərait yaradır.