“Strabag” Şirkəti “JW Marriott Absheron” otelinin tikintisi layihəsinin həyata keçirilməsi zamanı aşağıda qeyd olunan işlərdə göstərdiyi peşəkarlığa və keyfiyyətə görə “Vertex” Holdinqə öz minnətdarlığını bildirir:
- Elektrik lövhələri və paylayıcı kameraların istehsalı və quraşdırılması;
- Müxtəlif diametrli elektrik kabelləri ilə bağlı işlərin icrası;
- Daimi Konstruksiya, Elektrik və Texniki Dəstək xidməti;
- Daxili və xarici işıqlandırma sistemlərinin quraşdırılması;
- Elektrik mallarının təchizatı,
Mükəmməl xidmət çeşidləri və münasib qiymətləri sayəsində “Vertex” Holding etibarlı tərəfdaşa çevrilib. Əməkdaşlıq etdiyimiz müddət ərzində o, bütün tapşırıqları vaxtlı-vaxtında və tam şəkildə yerinə yetirmişdir. Şirkətin əməkdaşları yüksək peşəkarlıq və ünsiyyət bacarıqları ilə fərqlənirlər.
Bizim aramızda işgüzar əlaqə və səmimi dostluq münasibətləri mövcuddur və biz “Vertex” Holdinq ilə gələcəkdə də sərfəli əməkdaşlıq quracağımıza ümid edirik.