Murad Həsənov

“Cameron Petroleum Equipment Group  Inc.” müxtəlif təmir işlərinin, o cümlədən, elektrik, texniki xidmət, izolyasiya və s. layihələrin icrasında Vertex Holdinqin və onun işçi heyətinin fəaliyyətini yüksək qiymətləndirir. Məhz onların səriştəsi sayəsində bu layihələr vaxtlı-vaxtında və peşəkar şəkildə başa çatdırılmışdır.

Sözügedən layihələrə aşağıdakılar daxildir:

  1. Santexnika işləri;
  2. Qəza çıxışı qapılarının istehsalı və quraşdırılması; nasos qurğusunun təchizatı, quraşdırılması və texniki dəstəklə təmin olunması;
  3. Müxtəlif elektrik işləri:
    • Yerlə birləşdirmə sisteminin quraşdırılması;
    • Kabel və rozetkaların quraşdırılması ;
    • Daxili və xarici işıqlandırma sistemlərinin quraşdırılması;
    • İşıqlandırma dirəklərinin təmiri;
  4. Metal strukturların istehsalı və quraşdırılması;
  5. Müxtəlif boruquraşdırma və qaynaq işləri;
  6. Ofisin ümumi təmiri;
  7. İzolyasiya işləri;

Adətən, iş sahəsində aparılan müxtəlif konstruksiya və elektrotexnika işləri gündəlik əməliyyatların icrasında maneə yaradır. Lakin Vertex ilə əməkdaşlıq zamanı biz belə çətinliklərlə üzləşmədik. Vertex-in işçi heyətinin hər bir xırda detala böyük diqqətlə yanaşması keyfiyyətli işin göstəricisidir. Onlar işlədikləri yerləri təmiz və səliqəli saxlayır, bizim gərgin rejimdə aparılan əməliyyatlarımıza heç bir maneə yaratmırdılar. Vertex-in əməkdaşlarının hər cəhətdən işə diqqətlə yanaşması təqdirəlayiqdir.

Vertex-in əməkdaşlarının ustalığı, etibarlılığı və peşəkarlığı sayəsində bu şirkət 2013-cü ildə həyata keçirilən əsas izolyasiya və təmir işləri zamanı bizim ilk seçimimiz oldu.

Vertex Holdinqi, peşəkar işçi heyətinə malik olduğu üçün biz onu bütün biznes və sənaye müəssisələrinə etibarlı tərəfdaş kimi əminliklə tövsiyə edirik.