Ənvər Baxşıyev

Bu məktubu  BP Şirkətinin adından Vertex Şirkətinə öz minnətdarlığımı ifadə etmək üçün yazıram. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, siz təzəlikcə tamamladığınız Boru Sistemlərinin Quraşdırılması Layihəsi ilə fəxr edə bilərsiniz.

Ümumilikdə, bu sistemlərin üzərində gördüyünüz, qeyd edəcəyim işlər barəsində öz təəsüratlarımı bölüşdürmək istəyirəm: SƏTƏM, Boru Sistemlərinin İstehsalı, Quraşdırılması, Yoxlanılması və Testlərin Aparılması.

Mən ümumlikdə, Şirkətinizin peşəkarlığı, keyfiyyətli iş qabiliyyəti və bundan əlavə, layihə üzərindən öz öhdəliyinizə götürdüyünüz bütün işlərə heyran qaldım. Vertex Komandası ilə ünsiyyət çox rahat idi və onlar layihənin ümumi tələblərini olduqca yaxşı cavab verə bildi. Layihə vaxtında və Müştərinin bütün gözləntilərini qarşılayacaq şəkildə tamamlandı.

İnanıram ki, Şirkətiniz çox bacarıqlı Podratçıdır, və gələcəktə bundan da böyük layihələr üçün sizi tövsiyyə etməyə heç bir etirazım yoxdur.

Şirkətin iş bacarığı və layihə ilə bağlı suallar yaranarsa, mənimlə əlaqə saxlamaqdan çəkinməyin.