Bu bölmə anbarlar üçün mürəkkəb rəflərin, kolonların, çənlərin, tullantılar üçün konteynerlərin və bu kimi ümumi metal strukturların, konstruksiyaların, avadanlıqların istehsalı və xidməti ilə məşğuldur. Həmçinin Şirkət sendviç panellərdən binaların montajını da həyata keçirir. Şirkətimiz həmçinin müxtəlif avadanlıqların, rəflərin, dayaqların, buxar barmaqlıqların (reşetkaların) quraşdırılmasında da böyük təcrübəyə malikdir.