Vertex Şirkəti müştərilərinə inşaat və mülki sahədə geniş çeşiddə tikinti işləri üzrə xidmətlər (Quraşdırma və Təmir) göstərir. Bizim şirkətimiz tikinti prosesində yalnız ənənəvi tikinti materiallarından deyil (kərpic, beton və s.), həmçinin sendviç panellərdən və digər mürəkkəb növ tikinti materiallarından istifadə edir. Biz planlı və məsul bünövrələrdə özəl, ofis və sənaye obyektlərində, anbarlarda, dayaq divarlarda, dəniz işlərində, dalğaqıran, bünövrə və körpü salınmasında (yerli SNİP və GOST, dünya BSİ, APİ və dig. standardlara uyğun ), tikinti, təmir və bərpa işlərini həyata keçiririk.