Cameron Sahəsində Profnastil Divar Örtüyünün Quraşdırılması
Cameron sahəsində sürücü otaqlığının xarici hissəsində aparılan işlər çərçivəsində yan divarlar üçün profnastil materialının quraşdırılması komandamız tərəfindən davam etdirilir. İşlər zamanı profnastil panelləri ölçülərə uyğun şəkildə hazırlanaraq taxta konstruksiya üzərinə etibarlı şəkildə bərkidilir.
Bu mərhələdə əsas diqqət montajın dəqiqliyinə, konstruksiyanın möhkəmliyinə və işlərin təhlükəsizlik tələblərinə uyğun icrasına yönəldilir. Sahədə çalışan mütəxəssislərimizin koordinasiyalı və peşəkar yanaşması layihənin keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edir.
Cameron sahəsində görülən işlərdən bəzi görüntüləri sizinlə bölüşürük.
Vertex Sənaye Şirkəti