Comments

recommendation

Alessandro Lupo

Brend Menecerin Müavini

Bizim 2017-ci ildən bəri Azərbaycanda göstərilən fəaliyyətda Vertex MMC bir neçə mühəndislik xidmətləri sahəsində etibarlı tərəfdaşımızdır:
1. Sertifikatlaşdırılmış kadrların verilməsi.
2. Elektrik kabel sisteminin quraşdırılması.
3. Port-Kabin istehsalı və quraşdırılması.
4. Müəssisənin infrastrukturunun yaradılması və s.

Hal-hazırda bütün birgə layihələrimiz uğurla başa çatıb və biz mövcud iş rejimində Vertex MMC ilə aktiv əməkdaşlıq etməyə davam edirik. Biz bu şirkətin Mühəndislik Tikinti Sektorunda təchizat və xidmət sahəsində etibarlı tərəfdaş və peşəkar podratçı kimi məsləhət edirik.

John Arrowsmith

John Arrowsmith

Construction Manager Socar Polymer Project

Bu məktubu Vertex MMC şirkətinin xidmətlərini tövsiyə etmək məqsədilə yazıram.

Şirkət aşağıda qeyd edilən layihələri uğurla başa çatdırmışdır:

∙ PP (polipropilen) / HDPE (yüksək təzyiqli polietilen) Layihəsi üçün yanğın siqnalizasiyası kabellərinin layihələndirilməsi, satınalması, quraşdırılması və dayandırılması.

∙ Mimic Matrix Panelinin enerji təchizatı

Biz Sumqayıtdakı obyektimizdə PP (polipropilen) / HDPE (yüksək təzyiqli polietilen) Layihəsi çərçivəsində yanğın siqnalizasiyası kabellərinin quraşdırılması üçün Vertex MMC şirkətini seçdiyimizdən məmnunuq. Vertex heyəti həmişə öz işində təhülkəsizliyə və keyfiyyətə diqqət yetirir.

Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk və gələcəkdə də Vertex MMC şirkəti ilə əməkdaşlıq etməyi planlaşdırırıq.

rolf-herr-alpine

Rolf Herr

Kommersiya Direktoru

Biz təsdiqləyirik ki, Bakı şəhərində yerləşən “Vertex Ltd.” Şirkəti layihənin digər bütün iştirakçılarının 24 saat fəaliyyət göstərməsinə imkan yaratmaq üçün bizim elektrotexniki şöbəmizə iş sahəsində hərtərəfli quraşdırma və digər müvəqqəti elektrotexnika işlərinin icrası ilə bağlı dəstək göstərmişdir.

VERTEX Ltd. 2011-ci ilin dekabr ayından 2012-ci ilin may ayına qədər layihəni işçi qüvvəsi ilə təmin etmişdir. İşçilər yalnız ALPİNE-in rəhbərliyi altında fəaliyyət göstərirdilər. Təyin olunan işçi heyəti müvafiq səriştə və biliyə malik idilər.Onlar gündəlik tapşırıqları diqqətlə və məsuliyyətlə yerinə yetirirdilər.

Biz bu kimi layihələrin icrası zamanı VERTEX Ltd.-ə müraciət etməyi əminliklə tövsiyə edirik və xüsusilə qeyd etmək istəyirik ki, VERTEX Ltd.-nin mövcudluğu layihəmizə böyük dəstək olmuşdur.

Biz bu uğurlu əməkdaşlığa görə VERTEX Ltd.-yə və onun əməkdaşlarına təşəkkürümüzü bildirir və şirkətin gələcəkdə böyük müvəffəqiyyət qazanacağına ümid bəsləyirik.

kamran-akperov

Kamran Əkbərov

Sahəyə Baxış üzrə Menecer

Bu məktubla, 2015-ci ildə Vertex Şirkətinin Wartsila Şirkətini işçi qüvvəsi ilə təmin etdiyi təsdiq olunur. Şirkətin elektrotexniki işlər və digər ümumi xidmətlər ilə əlaqədar sahələrdə mükəmməl səviyyədə dəstəyin təmin edilməsində yüksək dərəcədə peşəkar olduğu sübut edilmişdir.

Problemlərin effektiv şəkildə və heç bir çətinlik çəkmədən vaxtında həll edilməsi lazım olduğu hallarda şirkətdə fəaliyyət göstərən yüksəkixtisaslı mütəxəssislər, onların bacarıq və fəaliyyətlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd etmək lazımdır. Vertex-lə əməkdaşlıq edən bütün şirkətlər onların təcrübəsindən yararlanır.

Bütün rəyləri anlayışla qarşılayan bir icraçıya malik olmaqdan böyük məmnunluq duyuruq. Vertex-in müsbət mövqeyi kollektiv mühiti yaratmışdır. Əlavə olaraq, şirkətin peşəkar kadrları qrafikdə gecikmələri minimuma endirmək üçün vaxtın qüsursuz şəkildə idarə edilməsini təmin etmişdir.

Wartsila Şirkəti öz sahəsində etibarlı təchizatçı və mütəxəssis olaraq əminliklə Vertex-i tövsiyə edir.

Bu sertifikat Vertex-in tələbi ilə müvafiq məqsədlər üçün verilmişdir.

patrick-larsson-oriflame

Patrik Larsson

Ölkə üzrə Direktor

Oriflame Azərbaycan bugünədək iki ildən çox davam edən müxtəlif tikinti işləri ilə bağlı tərəfdaşlığa görə Vertex Holdinqə öz təşəkkürünü bildirir. Biz aşağıda qeyd edilən layihələrin icrasına əsasən Vertex Holdinqi sizə tövsiyə etməkdən böyük məmnunluq duyuruq.

Vertex, Oriflame üçün aşağıdakı işləri uğurla yerinə yetirmişdir:

  • Bakı şəhəri, Neftçilər ünvanında 900m2 sahədə, yeni Xidmət Mərkəzinin planının hazırlanması, layihə işləri və təmiri. Vertex Holdinq tikinti işləri (adi/plastik/şüşə arakəsmələr/boyama), yerli elektrotexnika işləri və işıqlandırma, kabel sistemi, giriş sistemi, havalandırma, yerli su təchizatı işləri, təmir işlərini həyata keçirmiş və şirkətimizi bir sıra xüsusi avadanlıqlar ilə təmin etmişdir.
  • Binəqədidə 1300 m2 sahədə yerləşən anbarda müxtəlif tikinti işləri (Arakəsmə, Boyama işləri, Dam izolyasiyası), Elektrotexnika işləri, Giriş Sistemi, Kabel Sistemi, Karkasların quraşdırılması və təmir işləri.
  • Böhran hallarının idarə edilməsi, analizi, qiymətləndirilməsi, tərtibat işləri, Oriflame Azərbaycanın Baş Ofisində elektrik enerjisi ilə bağlı mürəkkəb məsələlərə dair təkliflər və islahedici tədbirlər.

Bildiyimiz kimi, Azərbaycanda tikinti işləri bir qədər mürəkkəb məsələdir və bu sahədə hər zaman sizə köməklik göstərəcək xüsusi tərəfdaşa ehtiyac duyulur. Vertex Holdinq olduqca dəyərli bir tərəfdaşdır. Şirkət ehtiyac duyulduqda əlavə səylər göstərmək üçün bütün məsuliyyəti öz üzərinə götürən ideal bir şirkətdir. Vertex Holdinq çox yaxşı bir dinləyicidir və müştərinin tələblərinə uyğun olaraq olduqca cəld bir şəkildə tədbirlər görür. Bundan əlavə, Vertex Holdinq zərurət yarandıqca istifadə olunan geniş bilik və bacarıqlara malikdir. Şirkətdaxili koordinasiya hər zaman qüsursuz şəkildə icra edilir və bu da layihələrin tələblərə uyğun, vaxtında və büdcəyə uyğun şəkildə yerinə yetirilməsinə şərait yaradır.

kai-buchholzer-strabag

Kai Buchholzer

Xəritələr üzrə Menecer

“Strabag” Şirkəti “JW Marriott Absheron” otelinin tikintisi  layihəsinin həyata keçirilməsi zamanı aşağıda qeyd olunan işlərdə göstərdiyi peşəkarlığa və  keyfiyyətə görə “Vertex” Holdinqə öz minnətdarlığını bildirir:

  • Elektrik lövhələri və paylayıcı kameraların istehsalı və quraşdırılması;
  • Müxtəlif diametrli elektrik kabelləri ilə bağlı işlərin icrası;
  • Daimi Konstruksiya, Elektrik və Texniki Dəstək xidməti;
  • Daxili və xarici işıqlandırma sistemlərinin quraşdırılması;
  • Elektrik mallarının təchizatı,

Mükəmməl xidmət çeşidləri və münasib qiymətləri sayəsində “Vertex” Holding etibarlı tərəfdaşa çevrilib. Əməkdaşlıq etdiyimiz müddət ərzində o, bütün tapşırıqları vaxtlı-vaxtında və tam şəkildə yerinə yetirmişdir. Şirkətin əməkdaşları yüksək peşəkarlıq və ünsiyyət bacarıqları ilə fərqlənirlər.

Bizim aramızda işgüzar əlaqə və səmimi dostluq münasibətləri mövcuddur və biz “Vertex” Holdinq ilə gələcəkdə də sərfəli əməkdaşlıq quracağımıza ümid edirik.

murad-hasanov-cameron

Murad Həsənov

SƏTƏM üzrə Baş Mütəxəssis

“Cameron Petroleum Equipment Group  Inc.” müxtəlif təmir işlərinin, o cümlədən, elektrik, texniki xidmət, izolyasiya və s. layihələrin icrasında Vertex Holdinqin və onun işçi heyətinin fəaliyyətini yüksək qiymətləndirir. Məhz onların səriştəsi sayəsində bu layihələr vaxtlı-vaxtında və peşəkar şəkildə başa çatdırılmışdır.

Sözügedən layihələrə aşağıdakılar daxildir:

  1. Santexnika işləri;
  2. Qəza çıxışı qapılarının istehsalı və quraşdırılması; nasos qurğusunun təchizatı, quraşdırılması və texniki dəstəklə təmin olunması;
  3. Müxtəlif elektrik işləri:
    • Yerlə birləşdirmə sisteminin quraşdırılması;
    • Kabel və rozetkaların quraşdırılması ;
    • Daxili və xarici işıqlandırma sistemlərinin quraşdırılması;
    • İşıqlandırma dirəklərinin təmiri;
  4. Metal strukturların istehsalı və quraşdırılması;
  5. Müxtəlif boruquraşdırma və qaynaq işləri;
  6. Ofisin ümumi təmiri;
  7. İzolyasiya işləri;

Adətən, iş sahəsində aparılan müxtəlif konstruksiya və elektrotexnika işləri gündəlik əməliyyatların icrasında maneə yaradır. Lakin Vertex ilə əməkdaşlıq zamanı biz belə çətinliklərlə üzləşmədik. Vertex-in işçi heyətinin hər bir xırda detala böyük diqqətlə yanaşması keyfiyyətli işin göstəricisidir. Onlar işlədikləri yerləri təmiz və səliqəli saxlayır, bizim gərgin rejimdə aparılan əməliyyatlarımıza heç bir maneə yaratmırdılar. Vertex-in əməkdaşlarının hər cəhətdən işə diqqətlə yanaşması təqdirəlayiqdir.

Vertex-in əməkdaşlarının ustalığı, etibarlılığı və peşəkarlığı sayəsində bu şirkət 2013-cü ildə həyata keçirilən əsas izolyasiya və təmir işləri zamanı bizim ilk seçimimiz oldu.

Vertex Holdinqi, peşəkar işçi heyətinə malik olduğu üçün biz onu bütün biznes və sənaye müəssisələrinə etibarlı tərəfdaş kimi əminliklə tövsiyə edirik.

maersk

Allan Linder-Madsen

Ofşorda Quraşdırma İşləri üzrə Menecer

Nəzərinizə çatdırmaq istərdik ki, Vertex Ltd. 25/02/2010 və 01/04/2010 tarixləri arasında Maersk Drilling/ Heydər Əliyev Qazma Qurğusu adlı layihənin icrası zamanı Şirkətimizi kanalın təmizlənməsi, kimyəvi maddələrin təchizatı və təmir işləri sahəsində yüksək keyfiyyətli xidmətlə təmin edib.

Biz əminliklə bildiririk ki, Vertex Ltd öz işinin öhdəsindən keyfiyyətlə gəlir və buna görə də onu etibarlı tərəfdaş kimi bütün digər şirkətlərə tövsiyə edirik.

bp-logo

Ənvər Baxşıyev

Aparıcı Layihə Mühəndisi

Bu məktubu  BP Şirkətinin adından Vertex Şirkətinə öz minnətdarlığımı ifadə etmək üçün yazıram. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, siz təzəlikcə tamamladığınız Boru Sistemlərinin Quraşdırılması Layihəsi ilə fəxr edə bilərsiniz.

Ümumilikdə, bu sistemlərin üzərində gördüyünüz, qeyd edəcəyim işlər barəsində öz təəsüratlarımı bölüşdürmək istəyirəm: SƏTƏM, Boru Sistemlərinin İstehsalı, Quraşdırılması, Yoxlanılması və Testlərin Aparılması.

Mən ümumlikdə, Şirkətinizin peşəkarlığı, keyfiyyətli iş qabiliyyəti və bundan əlavə, layihə üzərindən öz öhdəliyinizə götürdüyünüz bütün işlərə heyran qaldım. Vertex Komandası ilə ünsiyyət çox rahat idi və onlar layihənin ümumi tələblərini olduqca yaxşı cavab verə bildi. Layihə vaxtında və Müştərinin bütün gözləntilərini qarşılayacaq şəkildə tamamlandı.

İnanıram ki, Şirkətiniz çox bacarıqlı Podratçıdır, və gələcəktə bundan da böyük layihələr üçün sizi tövsiyyə etməyə heç bir etirazım yoxdur.

Şirkətin iş bacarığı və layihə ilə bağlı suallar yaranarsa, mənimlə əlaqə saxlamaqdan çəkinməyin.

 

client-bakushipyard-350x195

Seymur Mahmudov

PSCM Şöbə Rəhbərinin Müavini

Bu məktubu yazaraq nəzərinizə çatdırmaq istəyirəm ki, Vertex Şirkəti öz müştərilərini yüksək keyfiyyətli xidmətlə təmin etdiyi üçün onunla əməkdaşlıq qurmağı əminliklə tövsiyə edirəm. Vertex göstərdiyi xidmətlə BSY- Bakı Gəmiqayırma zavodunu hər zaman məmnun edib. SCV Xankəndi H103 Layihəsinin icrası zamanı o, lazım olan xidmətləri uğurla həyata keçirmişdir.

Şirkətimiz öz layihələrinin icrası zamanı Vertex-in xidmətlərindən istifadə etməkdən məmnunluq duyur. Vertex-ə həvalə edilən tapşırıqlara gərgin əmək və hərtərəfli diqqət tələb edən işlər, o cümlədən, elektrik kabellərinin quraşdırılması, boruquraşdırma, istilik, havalandırma və kondisionerləşdirmə sisteminin quraşdırılması və texniki dəstəklə təmin olunması və s. daxildir. Vertex-in əməkdaşları üzərilərinə düşən bütün öhdəlikləri heç bir problem olmadan asanlıqla həll edə bilirlər.

Bakı Gəmiqayırma Zavodu fəaliyyət göstərdiyi uzun illər ərzində bir çox podratçı ilə əməkdaşlıq edib.  Bu podratçıların arasında Vertex ən peşəkar və ən etibarlı tərəfdaş kimi ön sırada yer alır.

Yuxarıda qeyd olunan üstünlüklərinə görə mən Vertex Şirkətinin peşəkar işçi heyətinə dərin təşəkkürümü bildirmək istəyirəm və bu Şirkətin və onun personalının xidmətlərini əminliklə tövsiyə edirəm.

eric-barnes-bertling

Eric Barnes

Filial Meneceri

Biz 2011-ci ildən etibarən Vertex Holdinq ilə biznes əlaqələri qurmuşuq. Həmin dövrdən başlayaraq, Vertex Holdinq torpaq işləri və müxtəlif təmir işləri sahəsində bizim Podratçı qismində çıxış edib.

Tikinti Şirkəti gözləntilər əsasında inşaat/təmir prosesini asanlaşdıran açıq informasiya və ümumi bazar/sənaye məlumatları əsasında hazırlanan təkmilləşdirilmiş və həqiqi prosesi təmin edir. Onlar layihənin başladığı andan etibarən, büdcənin hazırlanması mərhələsində, eləcə də inşaat işlərinin davam etmə müddətində güvəniləcək tərəfdaşdırlar.

Keyfiyyət öhdəliyi və müvafiq tərtibat prosesinin zəruriliyinin nəzərə alınması onların layihənin maddi, funksional və təkmilləşdirici məqsədlərinin həyata keçirilməsinə təkan verməkdə və büdcə məhdudiyyətlərinin həll olunmasında etibarlı tərəfdaş kimi tanınmasına zəmin yaradır. Bundan əlavə, bizim tərəfimizdən onların həyata keçirdikləri qiymət siyasəti rəqabətə davamlı, işçi heyəti isə peşəkar hesab olunur.

Bu səbəbdən, onlar bizim tərəfimizdən tövsiyə olunan tərəfdaşdırlar.